CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropada uşaq zorakılığı ilə bağlı dəhşətli statistika açıqlanıb

ÜST qeyd edib ki, 2020-ci ilə qədər uşaqların ölümü və onlara qarşı zorakılıq hallarını 20%-ə qədər azaltmağa hazırlaşır
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Avropa regionunda uşaqlar arasında intihar halları ən az Azərbaycan, Ermənistan və Gürcüstanda müşahidə olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistik hesabatında bildirilir.

Səhiyyə sistemimizdə çoxdan gözlənilən yenilik reallığa yaxınlaşır

Avropa regionunda uşaq və yeniyetmələr arasında intihar hallarının sayına görə Rusiya liderlik edir. Ondan sonra siyahıda isə Latviya, Belçika, Finlandiya, Moldova, Ukrayna və Qazaxıstan qərarlaşıb. 

ÜST-ün məlumatına görə, hər il Avropa regionunda 55 milyon uşaq zorakılıq hallarının qurbanı olur ki, bu da onların psixikası və fiziki sağlamlığına ciddi təsir edir.

Statistikaya əsasən, Avropada 18 yaşdan aşağı 190 milyon uşaq və yeniyetmə yaşayır. Onlardan 44 milyon fiziki zorakılığa, 19 milyonu seksual zorakılığa məruz qalıb, 55 milyon isə psixoloji zədələr alıb. Belə halların 90-i isə qeydə alınmır.

ÜST qeyd edib ki, 2020-ci ilə qədər uşaqların ölümü və onlara qarşı zorakılıq hallarını 20%-ə qədər azaltmağa hazırlaşır.