Putin İstanbula gedir, Ərdoğanla görüşəcək

Putin və Ərdoğan mərasimə İstanbuldan video-konfrans vasitəsilə qatılacaq
Sputnik

BAKI, 19 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə səfər edəcək. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Türkiyədə "Türk axını"nın dənizdən keçən hissəsinin başa çatması münasibətilə mərasim keçiriləcək.

Putin və Ərdoğan mərasimə İstanbuldan video-konfrans vasitəsilə qatılacaq.

Bundan başqa, liderlər İstanbulda ikitərəfli görüş keçirəcəklər. Görüşdə Rusiya-Türkiyə münasibətləri, regional və beynəlxalq problemlər müzakirə ediləcək.