BAKI, 19 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə səfər edəcək. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən, Türkiyədə "Türk axını"nın dənizdən keçən hissəsinin başa çatması münasibətilə mərasim keçiriləcək.
Putin və Ərdoğan mərasimə İstanbuldan video-konfrans vasitəsilə qatılacaq.
Bundan başqa, liderlər İstanbulda ikitərəfli görüş keçirəcəklər. Görüşdə Rusiya-Türkiyə münasibətləri, regional və beynəlxalq problemlər müzakirə ediləcək.