İDMAN

Kosovonun baş məşqçisi: "Azərbaycanla qarşılaşma final olacaq"

Noyabrın 20-də keçiriləcək görüşdə Azərbaycan millisi yalnız qələbə təqdirində C Liqasına və pley-offa yüksələcək
Sputnik

BAKI, 18 noyabr - Sputnik. "Komandamızın bütün oyun ərzində mübarizə əzmi məni sevindirdi. Rəqib ikinci hissənin ortalarınadək bizə problemlər yaratdı. Lakin ikinci qoldan sonra hər şey asanlaşdı. 5 qol vurduğumuz üçün şadam. Çünki əvvəlki oyunlarda qol sarıdan əziyyət çəkirdik".

"Report"un məlumatına görə, bunu Kosovo yığmasının baş məşqçisi Bernar Şalland səfərdə Maltaya 5:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının V tur matçından sonra deyib. İsveçrəli mütəxəssis Azərbaycanla qarşılaşmanın final olacağını bildirib.

O, belə bir anın yetişməsinə sevindiyini vurğulayıb: "İndi bizim əsl həqiqətdə hansı keyfiyyətlərə malik olduğumuzu görmək imkanımız var".

Qeyd edək ki, D Liqasının 3-cü qrupuna 5 turdan sonra 11 xalla Kosovo başçılıq edir. Azərbaycan 9 xalla 2-ci pillədə qərarlaşıb. Son turda bu iki komanda Priştinadakı Fadil Vokkri adına stadionda üz-üzə gələcək. Noyabrın 20-də keçiriləcək görüşdə Azərbaycan millisi yalnız qələbə təqdirində C Liqasına və pley-offa yüksələcək.