Keçmiş prezident dizindən zədə alaraq xəstəxanaya yerləşdirildi

Viktor Yanukoviç 2010-2014-cü illərdə Ukraynanın prezidenti olub
Sputnik

BAKI, 18 noyabr - Sputnik. Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Moskvadakı Sklifosovski adına Təcili yardım institutuna yerləşdirlib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə noyabrın 16-da baş verib.

İdmançı prezident olmaq niyyətindədir: "Tramp olubsa, mən niyə olmayım?"

Məlumata əsasən, Yanukoviç dizindən zədə aldığına görə xəstəxanaya düşüb. Onu bura Moskva ətrafındakı tennis klublarının birindən gətiriblər. 

Eks-prezidentə yardım göstərilib və o, evə buraxılıb. 

Viktor Yanukoviç 2010-2014-cü illərdə Ukraynanın prezidenti olub. 2014-cü ildə ölkə parlamenti tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb. Hazırda Rusiyada yaşayır.