İDMAN

Azərbaycanlı hakim UEFA Millətlər Liqasında oyun idarə edəcək

Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq
Sputnik

BAKI, 16 noyabr — Sputnik. Azərbaycanlı FIFA referisi Əliyar Ağayevilk dəfə UEFA Millətlər Liqasının oyununa təyinat alıb. Sputnik Azərbaycan AFFA-nın saytına istinadən xəbər verir ki, Əliyar Ağayev B Liqasının IV qrupunda keçiriləcək Danimarka-İrlandiya qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Rza Məmmədov yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Qeyd edək ki, noyabrın 19-da Orxus şəhərindəki "Ceres Park" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.