SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevin Belarus səfərinin vaxtı bilindi

Prezidentlərin danışıqları Müstəqillik Sarayında həm təkbətək, həm də geniş əhatədə baş tutacaq
Sputnik

BAKI, 16 noyabr — Sputnik. Azərbaycan və Belarus prezidentləri Minskdə danışıqlar aparacaq.

Azərbaycan prezidenti İlham Əliyevlə Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 19-da Minskdə danışıqlar aparacaq. Bu barədə Sputnik Belarus-a prezidentin mətbuat xidmətindən məlumat verilib.

İ.Əliyevin Minskə səfəri Lukaşenkonun bu həftə Azərbaycan səfiri Lətif Qəndilovla görüşündən sonra məlum olub.

Belarus prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Lukaşenko ilə Əliyev ölkələr arasında münasibətlərin hazırkı durumu və inkişaf perspektivlərini müzakirə edəcək, beynəlxalq problemlər mövzusunda fikir mübadiləsi aparacaqlar.

Dövlət başçısının Minsk səfərindən gözləntilər

"Danışıqlarda əsas diqqət ticarət-iqtisadi və investisiya əməkdaşlığına və birgə layihələrin reallaşdırılmasına yönələcək" – deyə mətbuat xidmətindən bildirilib.

Eyni zamanda, prezidentlər bir neçə sahədə nəqliyyat, səhiyyə, təhsil, İT, idman, turizm, lojistik və digər sahələrdə qarşılıqlı fəaliyyət imkanlarını da nəzərdən keçirəcəklər.

Prezidentlərin danışıqları Müstəqillik Sarayında həm təkbətək, həm də geniş əhatədə baş tutacaq.

Qeyd edək ki, Lukaşenki 2006-2016-cı illər ərzində 4 dəfə Bakıda rəsmi səfərdə olub.

Azərbaycan prezidenti İlham Əliyev də Belarus paytaxtını o qədər ziyarət edib. 2015-ci ildə Belarus prezidenti Bakıda keçirilən I Avropa Oyunlarının təntənəli açılış mərasimində iştirak edib.