CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis yekun iclasını keçirir

Parlamentdə 2019-cu il büdcə zərfinin müzakirəsi davam edir
Sputnik

BAKI, 15 noyabr — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, ümumilikdə noyabrın 13, 14 və 15-də keçirilən iclasların gündəliyinə 11 məsələ daxildir. Bu gün Milli Məclisdə büdcə müzakirələri başa çatacaq.

İki kateqoriya vətəndaşlardan başqa hər kəs gəlir vergisindən azad ediləcək

"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə ediləcək.

Milli Məclisin və Hesablama Palatasının 2019-cu il üçün xərclər smetasına baxılacaq.

Azərbaycan Respublikası 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Notariat haqqında" qanunda dəyişikliyə baxılacaq.

Qeyd edək ki, Milli Məclisin dünən keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi I oxunuşda təsdiqlənib. II oxunuş noyabrın 23-də baş tutacaq. 2019-cu il dövlət büdcəsi III oxunuşda isə qəbul olunacaq.