BAKI, 14 noyabr - Sputnik. “Dövlət büdcəsindən kinoya ayrılan vəsait artırılmalıdır. 1,5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil. Bizdə dublyaj sənəti də var. Dublyaj sənəti dilimizə böyük töhfələr verə bilər”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat qeyd edib ki, büdcədən mədəniyyət sahəsinə ayrılan vəsait artırılmalıdır: "Dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir”.