BAKI, 11 noyaber — Sputnik. Moskvada qarışıq döyüş növləri üzrə (MMA) keçirilən "Absolute Championship Berkut" turnirində dava düşüb.
Sputnik Azərbaycan xəbər verir ki, baş verənlərin videosunu idman jurnalisti Yaroslav Stepanov öz Instagram səhifəsind yerləşdirib.
Hadisə Georgi Qaraxanyanla Timur Naqibinin döyüşündən sonra baş verib. Qaraxanyan hakimi aldadaraq, Naqibinin təslim olduğunu iddia edib. Naqibin hakim döyüşü saxladıqdan sonra hirslə rəqibinə zərbə endirdiyinə görə yarışdan kənarlaşdırılıb, qələbə Qaraxanyana verilib.
Naqibinin komandası paltardəyişmə otağına gedərkən ermənilərin hücumuna məruz qalıb. Kütləvi davanın daha ciddi qarşıdurmaya keçməsinə polis qüvvələri imkan verməyib. OMON müdaxiləsi erməniləri sakitləşdirib.