BAKI, 9 noyabr — Sputnik. NASA ("Milli Aeronavtika və Kosmos İdarəsi") qlobal istiləşmənin son nəticəsi olaraq buzların əridiyini özündə əks etdirən kadrları yayımlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə yayılan kadrlar arasında qopan buz hissəciyi daha çox diqqət çəkib. Sosial mediada “Tabul buzlağı” adlanan buz parçasının 2000-ci ildə qopduğu qeyd olunur. Məlumata görə buz parçası 18 ildir ki, okeanda yolçuluq edir.
NASA 18 il əvvəl qopan və okeanda dolaşan aysberqin görüntüsünü yayımladı
Elm dünyası isə alim Xristian Aidin hesabatındakı iddiaların həyata keçməsindən danışır. Bu hesabatda qlobal istiləşmənin dəhşətli nəticələr yaradacağı qeyd olunurdu.