"Əliqanlı general" gecə ilə Yerevana qayıtdı, həbsi gözlənilir

Xaçaturov ötən gün gecə saatlarında Ermənistana gəlib
Sputnik

BAKI, 8 noyabr — Sputnik. Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq rəhbəri Yuri Xaçatorov Ermənistana qayıdıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "Jovohurd" nəşri məlumat yayıb.

Məlumata əsasən, Xaçaturov ötən gün gecə saatlarında Yerevana qayıdıb. Onun həbs olunacağı göslənilir.

Qeyd edək ki, noyabrın 2-də Yuri Xaçaturov KTMT-nin baş katibi vəzifəsindən azad edilib. Belə ki, Ermənistan KTMT ölkələrini təşkilatın baş katibinin dəyişdirilməsi prosesinə başlamağa dəvət edib.

Müdafiə Nazirliyi: Ermənistanla əlaqə yaradan şəxs bizim əməkdaşımız deyil

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Əlavə edək ki, Ermənistan İstintaq Komitəsi Xaçaturovu 2008-ci il martın 1-də etiraz aksiyalarını dağıtdığı üçün konstitusiya qaydalarını pozmaqda ittiham edir. Bu səbəbdən göz altına alınan Xaçaturov, sonradan zaminə buraxılıb.

Xatırlatmaq yerinə düşər ki, 2008-ci ildə keçirilən seçkilərdə Serj Sarkisyana məğlub olan ilk prezident Levon Ter-Petrosyanın rəhbərliyi ilə erməni müxalifəti Yerevanın mərkəzində seçkilərin nəticələrinə etiraz olaraq mitinqlər keçirib. Etiraz aksiyaları zamanı polis və mitinqçilər arasında toqquşma baş verib, nəticədə 10 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb.

İstintaq bu fakt üzrə Xaçaturovla yanaşı, keçmiş prezident Robert Koçaryan və keçmiş müdafiə naziri Mikayel Harutyunayanı da ittiham edir.