CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial xərclərimiz artırılıb

Nazir müavini: "Yaşa görə pensiya alanların sayında azalma müşahidə olunur, pensiya yaşının artırılması buna təsir edib"
Sputnik

BAKI, 8 noyabr - Sputnik. Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə edilir.

Azərbaycanda təhsil xərcləri artırılır

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib ki, bu ilin 10 ayında ölkədə muzdla işləyənlərin sayı 1 milyon 540 min nəfər olub, 3.3 milyon nəfər isə sərbəst məşğul olanlardır. Cari ilin 10 ayında Dövlət Sosial Müdafiə Fondunun gəliri 3 milyard 187 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.7 faiz çoxdur.

İ.İsayev bildirib ki, gələn il orta aylıq əməkhaqqı 5.7 faiz artaraq 642 manata çatacaq, inflyasiya 3.8 faiz səviyyəsində nəzərdə tutulur: "Yaşa görə pensiya alanların sayında azalma müşahidə olunur, pensiya yaşının artırılması buna təsir edib".

İ.İsayev qeyd edib ki, Azərbaycanda sosial xərclər azaldılmayıb, əksinə, artırılıb, növbəti ilin dövlət büdcəsi də sosialyönümlüdür.

O, bildirib ki, ölkədə demoqrafik göstəricilər müsbətdir, əhali cavandır. 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir. 65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6,3 faiz təşkil edəcək.