BAKI, 7 noyabr - Sputnik. "Cari ildə Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılmasına qərar verilib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyə naziri Samir Şərifov Milli Məclisdə gələn ilin büdcə müzakirəsi zamanı çıxış edərkən deyib: "Bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur. Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb".
Nazir onu da qeyd edib ki, orta məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin həcminin artırılması nəzərdə tutulub.