RUSİYA

Putin - Tramp görüşü sürpriz səbəbdən pozuldu

Emmanuel Makron Moskva və Vaşinqtondan Parisdə tam formatlı danışıqlar aparmamağı istəyib
Sputnik

BAKI, 6 noyabr — Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Parisdə tam formatlı görüşü baş tutmayacaq. Bu barədə Sputnik Azərbaycan "Kommersant" nəşrinə istinadən xəbər verir.

Putindən Trampa qarşı gözlənilməz ittiham

Nəşrin mənbəsinin sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron danışıqların keçirilməsinə qarşı çıxıb. Fransa prezidenti bununla da Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə bağlı tədbirin Putin - Tramp görüşünün kölgəsində qalmasını istəməyib.

"Hələlik çoxları ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiyaya səfəri zamanı anons etdiyi, Parisdə Putin və Tramp görüşünün formatının dəyişdirilməsinin nə ilə bağlı olması barədə düşünərkən və böyük siyasi cavablar fikirləşdiyi vaxtda, bunun əsl səbəbi çox sadə olub: Emmanuel Makron Moskva və Vaşinqtondan Parisdə tam formatlı danışıqlar aparmamağı istəyib" - deyə "Kommersant" yazır.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri noyabrın 11-də Parisə gedəcək.