ELM

Abituriyentlərin nəzərinə!

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında şagirdlərin xarici dil fənni üzrə "dinləyib-anlama" bacarıqlarının yoxlanılmasına aid nümunə audiofayllar yerləşdirilib
Sputnik

BAKI, 6 noyabr — Sputnik. Xarici dil fənni üzrə audio materiallara aid tapşırıqlarla artıq çap olunmuş "Abituriyent" jurnalının xüsusi buraxılışlarında tanış ola bilərsiniz. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Dövlət İmtahan Mərkəzi qalmaqallı iddiaları təkzib edir: Tamamilə əsassızdır

Məlumata görə, Dövlət İmtahan Mərkəzinin saytında 2019-cu ildə keçiriləcək ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında şagirdlərin xarici dil fənni üzrə "dinləyib-anlama" bacarıqlarının yoxlanılmasına aid nümunə audiofayllar yerləşdirilib.

Abituriyent jurnalının artıq nəşr olunmuş "Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış"ı və "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış"ında DİM-in saytında yerləşdirilimiş audiofallara uyğun tapşırıqlarla tanış ola bilərsiniz.

Nümunə audio materiallar DİM-in saytında yerləşdirilib. Faylı kompüterinizə yükləmək üçün "mausun" sol düyməsini sizə lazım olan fənnin üzərində sıxmağınız kifayətdir.