Ölkədə hər 10 dəqiqədə 1 uşaq dünyasını dəyişir

UNİCEF-in hesabatında Yəməndə hər 10 dəqiqədə sağalması mümkün olan xəstəlikdən 1 uşağın dünyasını dəyişdiyi qeyd olunub
Sputnik

BAKI, 5 noyabr — Sputnik. UNICEF-in Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə direktoru Hayrat Kalabari təşkil etdiyi mətbuat konfransında dəhşətli rəqəmləri açıqlayıb.

UNİCEF-ə yeni rəhbər təyin olundu

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə H.Kalabari çıxışında bu gün Yəməndə 1.8 milyon uşağın həddindən artıq pis qidalandığına diqqət çəkib: “400 min uşağın həyatı risk altındadır. Məhz bu səbəbdən hər il Yəməndə 5 yaşından aşağı 30 min uşaq müəyyən xəstəliklərdən dünyasını dəyişir. Ölkədə hər 10 dəqiqədə 1 uşaq ölür. Uşaqlar normal qidalanarsa, bu ölümlərə “dur” demək mümkün olacaq”.

H.Kalabari müharibə şəraitində yaşayan ölkədə təmiz su çatışmazlığı, zəif qidalanma, dərman və digər preparatların azlığının digər yaş təbəqlərinə də təsirsiz ötüşmədiyini vurğulayıb.