İQTİSADİYYAT

Maliyyə naziri böyük vergi islahatının anonsunu verdi

"Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq"
Sputnik

BAKI, 5 noyabr — Sputnik. "Növbəti ildə faktiki olaraq biz böyük vergi islahatına gedirik. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. O cümlədən müəyyən müddət ərzində dövlət büdcəsinin gəlirinin müəyyən hissəsindən faktiki olaraq imtina edirik".

Vergi hesabatları ilə bağlı vacib dəyişikliklər olacaq

Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə gələn ilin büdcə müzakirəsi zamanı deyib.

Nazir deyib: "Biz istəyirik ki, iqtisadiyyatda şəffaflaşma baş versin, kölgə iqtisadiyyatı tədricən azaldılsın. Bunun üçün sahibkarlarda stimul yaratmağa çalışırıq. Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq. Bu addımları atdıqdan sonra da Dövlət Neft Fondundan transfert əhəmiyyətli dərəcədə artmır. Əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyyələşdirilirdi, indi bu layihələr dövlət büdcəsi ilə maliyyələşdiriləcək".