HADİSƏ

Lənkəranda qadın faciəli şəkildə həlak oldu

Lənkəranda qadın su quyusuna düşərək boğulub
Sputnik

BAKI, 4 noyabr — Sputnik. Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, Liman şəhəri ərazisində 1956-cı il təvəllüdlü Əliyeva Vəskinə Kişi qızı ehtiyatsızlıqdan su quyusuna yıxılıb.

Hadisə yerinə gələn FHN xilasediciləri onun meyitini quyudan çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.