İDMAN

Daha bir dünya şöhrətli idmançının başı dərddə

2017-ci ildə məhkəmə onu vergidən yayındığı üçün 21 ay müddətinə azadlıqdan məhrum edib
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Futbolçu Lionel Messinin Argentinada problemləri yarana bilər. Sputnik Azərbaycan "Vesti.ru"-ya istinadən xəbər verir ki, argentinalı prokuror Pablo Turana "Barselona"nın hücumçusunu çirkli pulları yumaqda ittiham edir.

Prokurorun iddiasına görə, Lionel Messi və onun atası Xorxe "Leo Messi" xeyriyyə fondu vasitəsi ilə vergidən yayınıb. Xeyriyyə fondunun hesabına daxil olan vəsaitlər xeyriyyə məqsədi ilə istifadə olunmayıb, ofşor hesablara köçürülüb. Bu iddiaların yaranmasına səbəb isə fondun sabiq əməkdaşlarının etirafları olub.

Qeyd edək ki, Messi daha əvvəl də belə problemlərlə üzləşib. 2017-ci ildə məhkəmə onu vergidən yayındığı üçün 21 ay müddətinə azadlıqdan məhrum edib. Lionel çatışmayan vəsaiti ödəmək hesabına həbs olunmaqdan canını qurtarıb.