KTMT-də Xaçaturov dövrü bitdi

Ermənistan KTMT ölkələrini təşkilatın baş katibinin dəyişdirilməsi prosesinə başlamağa dəvət edib
Sputnik

BAKI, 2 noyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, baş katibin vəzifələrini onun müavini Valeri Semerikov icra edəcək.

Ermənistan KTMT ölkələrini təşkilatın baş katibinin dəyişdirilməsi prosesinə başlamağa dəvət edib. KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

NATO, KTMT, Qoşulmama Hərəkatı: Gəmimiz aysberqlər arasında üzür

Qeyd edək ki, Ermənistanda müstəntiqlər Xaçaturovu 2008-ci il martın 1-də etiraz aksiyalarını dağıtdığı üçün konstitusiya qaydalarını pozmaqda ittiham edirlər. Məhkəmə Xaçaturovu zaminə buraxıb.

2008-ci ildə seçkilərdə Serj Sarkisyana məğlub olan ilk prezident Levon Ter-Petrosyanın rəhbərliyi ilə erməni müxalifəti Yerevanın mərkəzində seçkilərin nəticələrinə etiraz olaraq mitinqlər keçirib. Etiraz aksiyaları zamanı polis və mitinqçilər arasında toqquşma baş verib, nəticədə 10 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb.

Xüsusi istintaq xidməti Xaçaturovla yanaşı keçmiş prezident Robert Koçaryan və keçmiş müdafiə naziri Mikayel Harutyunayanı da ittiham edir.