Vaşinqton İran məsələsində geri çəkildi: 8 ölkəyə güzəşt olunacaq

Bu güzəştlər qarşılığında ölkələr neftin qiymətinin artmasının qarşısını almaq üçün neft idxalını azaltmalıdır
Sputnik

BAKI, 2 noyabr — Sputnik. Rəsmi Vaşinqton sanksiyalara baxmayaraq İran neftini almağa davam etmələri üçün 8 ölkəyə güzəştə gedib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg" nəşrinə ABŞ Administrasiyasından olan mənbə bildirib.

Tramp: "Onları ABŞ-a buraxa bilmərik"

Agentlik hələlik sözü gedən ölkələrin adların hamısını açıqlamayıb. Lakin onlar arasında Türkiyə, Yaponiya, Hindistan və Cənubi Koreyanın adının olduğu məlumdur.

Mənbə vurğulayıb ki, bu güzəştlər qarşılığında ölkələr neftin qiymətinin artmasının qarşısını almaq üçün neft idxalını azaltmalıdır.

Qərarın bu gün rəsmi olaraq elan olunması gözlənilir.

Qeyd edək ki, mayın 8-i ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə razılaşmasından çıxdığını və sanksiyalar tətbiq edəcəyini bildirib. Sanksiyalar noyabrın 4-ü qüvvəyə minəcək və ölkənin enerji sektorunu əhatə edəcək.