Tramp: "Onları ABŞ-a buraxa bilmərik"

Dünyada milyardarla insan aclıqdan əziyyət çəkir, ABŞ-dan belə şəxslərin hamısına qucaq açılacağı gözlənilməməlidir"
Sputnik

BAKI, 2 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Meksik ilə sərhəddə şiddət, zorakılıq törədən qaçqınlara qarşı radikal tədbirlər görəcəklərini bəyan edib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, o, bu gün Ağ Evdə keçirdiyi mətbuat konfransında belə açıqlama verib.

Tramp İrana dair kəskin qərar verib

Tramp Meksika ilə Qvatemala sərhədində qaçqınlar tərəfindən polislərin daş atəşinə tutulduğunu, bir polisin dünyasını dəyişdiyini diqqətə çatdırıb: "Ümid edirəm ki, bu cür hadisələr burada təkrarlanmaz. Bu hadisə ABŞ-Meksika sərhədində təkrarlanarsa, o zaman tərəfimizdən daha radikal addımlar atılacaq".

Prezident aclıq və səfalət səbəbindən Amerikaya üz tutan qaçqınların burada sığınacaq almayacaqlarını vurğulayıb: "Dünyada milyardarla insan aclıqdan əziyyət çəkir. ABŞ-dan belə şəxslərin hamısına qucaq açılacağı gözlənilməməlidir".

Qeyd edək ki, hazırda ABŞ-a doğru irəliləyən "karvan"da 1500-dən artıq qaçqın var. Honduras, El Salvador, Qvatemaladan gələn qaçqınların hədəfi ABŞ-da sığınacaq almaqdır.