İDMAN

İdmançı canlı yayımda ağladı – VİDEO

Derrik Rouz onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib
Sputnik

BAKI, 2 noyabr — Sputnik. ABŞ-ın “Minnesota” basketbol klubunun oyunçusu Derrik Rouz Milli Basketbol Assosiasiyasında öz rekordunu yeniləyib.

​​Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, basketbolçu bir oyuna 50 xal toplaya bilib. Rekord vuran idmançı oyundan sonra jurnalistin suallarını cavablayan zaman göz yaşlarını saxlaya bilməyib. Derrik Rouz onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib: “Bu nəticə mənim üçün çox şey deməkdir. Mən çox məşq edirdim. Çox zəhmət çəkdim və nəticəsini gördüm. Bunu klubum üçün, azarkeşlərim üçün etdim”.

Qeyd edək ki, “Minnesota” komandası  “Yuta Caz”-a qarşı oynayıb və 128:125 hesabı ilə qalib gəlib.

İDMANCƏMİYYƏTXƏBƏRLƏRidmançıcanlı yayımbasketbolağlamaqDÜNYA