BAKI, 2 noyabr — Sputnik. Miçiqan Universitetinin alimləri kişi və qadınların hansı yaşda bir-birinin xoşuna gəldiyini araşdırmağa çalışıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmada 200 min insan iştirak edib. Sosioloqlar araşdırma iştirakçılarının yad insanlardan aldıqları mesajların sayını nəzarətə alıblar.
Müəyyən edilib ki, hər iki cinsin nümayəndələri özlərindən daha yaraşıqlı insanların profillərinə daha çox reaksiya verir.
Müəyyən edilib ki, qadınlar üçün potensial tərəf müqabilində intellekt və təhsil səviyyəsi çox önəmlidir. Kişilərdə isə təhsilli qadınlar narahatlıq yaradır.
Alimlər belə nəticəyə gəlib ki, kişilər gözəl cinsin nümayəndələri arasında 50 yaşına kimi populyar olur. Qadınlar isə 18 yaşında kişiləri daha çox maraqlandırır.
Ancaq qeyd edək ki, psixoloq Mişel Druan bu araşdırmanın nəticələri ilə razılaşmır.
"Təsəvvür edin ki, qadın sevdiyiniz romandan bir keçid təklif edir, bir neçə dildə danışır və xəstəliklərin müalicəsi üçün yeni üsullar axtarır. Məgər siz bunu cazibədar hesab etməzsiniz" - deyə Druan qeyd edib.