İranda yeni toqquşmalar olacaq - Anons verildi

75 yaşlı Məhəmməd Hatəmi İranın 5-ci prezidenti olub
Sputnik

BAKI, 30 oktyabr — Sputnik. İranın sabiq prezidenti Məhəmməd Hatəmi ölkədə yeni etiraz aksiyalarının başlayacağı ilə bağlı xəbərdarlıq edib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Hakimiyyət etdiyi səhvlərini təkrar edərsə, onda tənqidlər etiraz aksiyaları ilə əvəz olunacaq. Bundan sonra ölkənin aqibəti məlum deyil. Əgər cəmiyyətdə islahatçıların bir iş görmədikləri qənaətinə gəlinərsə, onda xalq rejimi dəyişmək istəyənlərə tərəf yönələcək" - deyə Hatəmi bildirib.

Qeyd edək ki, 75 yaşlı Məhəmməd Hatəmi İranın 5-ci prezidenti olub. O, 1997-2001, 2001-2005-ci illərdə iki dəfə İran Prezidenti seçilib.