BAKI, 28 oktyabr — Sputnik. Gürcüstanın keçmiş baş naziri Georgi Kvirikaşvili yenidən siyasətə qayıtmaq istəmir.
“Qafqazinfo” xəbər verir ki, bunu eks-baş nazir səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib: “Mən siyasətə qayıtmağa hazırlaşmıram. Hazırda daha maraqlı işlərim var”.
Qeyd edək ki, Kvirikaşvili Gürcüstanda 2,5 il hakimiyyətdə olub. O, baş nazir postunu bu ilin iyununda tərk edib.
Hazırda Kvirikaşvili Özbəkistan hökumətinə ictimai və özəl sektorlar arasında dialoq platformasının qurulmasında yardım edir.