"Global Influencer Day" konfransının əsas müzakirə məqamları rəqəmsal marketinq və sosial medianın təsir strategiyaları və ən aktual tendensiyaları olub. Heydər Əliyev Mərkəzində keçirilən tədbirin ən maraqlı qonağı isə Robot Sofiya olub. O, Azərbaycanın cavan olmasına baxmayaraq, regionda innovasiyalar mərkəzinə çevrilmək üçün böyük potensiala malik olduğunu qeyd edib.
Azərbaycan dilini bir az öyrəndiyini deyən Sofiya həm də Azərbaycanın dadlı mətbəxindən xəbərdar olduğunu bildirib. Amma zarafatla əlavə edib ki, bu mətbəxin dadına baxa bilmir.
Qeyd edək ki, "Global Influencer Day" konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Turizm Agentliyi, "ADA" Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palası, Azərbaycan Konqreslər Bürosu və CAMCA şəbəkələrinin dəstəyi ilə keçirilir.
Sputnik Azərbaycan "Global Influencer Day" konfransının məlumat tərəfdaşıdır.