ABŞ-da sinaqoqda atışma: 8 ölü - VİDEO

Atəş açanın taleyi barədə məlumat yoxdur. İlkin məlumata görə, cinayətkar kişidir və avtomatdan atəş açıb
Sputnik

BAKI, 27 oktyabr – Sputnik. ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində yerləşən sinaqoqda atışma baş verib.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, silahlı insident nəticəsində ən azı 8 nəfər həyatını itirib.

Hadisə yerinə gələn polis də atəşə tutulub və maşınların arxasında gizlənməli olub. Polisə hücum barədə sinaqoqda gizlənən insanlar xəbər veriblər. Olay zamanı ən azı 3 polis əməkdaşı ölüb.

Atəş açanın saxlanıldığı bildirilir. İlkin məlumata görə, cinayətkar kişidir və avtomatdan atəş açıb.

Polis ətrafı mühasirəyə alıb və insanların xilas edilməsi əməliyyatı davam edir.