İDMAN

Məşhur futbolçu ata oldu

Arda Turan oğlunun adını Həmzə Arda Turan qoyub
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. Son günlər adı müğənni Berak Şahini döyməsi ilə bağlı qalmaqalda hallanan futbolçu Arda Turan ata olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, milli komandanın oyunçusu Arda Turanın həyat yoldaşı Alişan Doğan Nişantaşında olan özəl xəstəxanada oğlan uşağı dünyaya gətirib. Arda Turan və Alişan Doğan ilk övladlarının adını Həmzə Arda Turan qoyublar.

Alişan Doğanın doğum xəstəxanasındakı uşaq otağının şəkli də yayılıb.