RUSİYA

Rusiyalı deputat: "Azərbaycanın KTMT-yə üzv olması məsələsində israr edəcəyik"

Dmitri Savelyev: "Azərbaycan Cənubi Qafqazda özünün etibarlı tərəfdaş olduğunu sübut edib"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) mümkün üzvlüyü məsələsinə münasibət bildirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, o bildirib ki, KTMT-nın aparıcı üzvü olan Rusiya Azərbaycan kimi güclü və etibarlı bir ölkənin quruma üzv olma imkanını alqışlayır.

Nikol Paşinyanın davranışları Moskvada əsəbləri tarıma çəkməyə başlayıb

"Azərbaycan Cənubi Qafqazda özünün etibarlı tərəfdaş olduğunu sübut edib. Azərbaycan günü-gündən regionun sabitliyinə, burada gedən dinc proseslərə müsbət təsir edir" - deputat vurğulayıb.

Ermənistan tərəfinin Azərbaycanın KTMT-ya üzvlüyünə veto qoyacağına dair səsləndirdiyi bəyənata münasibət bildirən Savelyev qeyd edib ki, bu cür bəyənatlar qurum daxilində sabitliyə təsir edir: "Hesab edirəm ki, biz Rusiya olaraq Azərbaycanın quruma üzv olması məsələsində israrçı mövqe tutacağıq. Şübhəsiz ki, biz Azərbaycanın quruma üzv olmasının tərəfdarıyıq".