BAKI, 25 oktyabr —Sputnik. UEFA Avropa Liqasının III turu çərçivəsində "Qarabağ" və Ukraynanın "Vorskla" komandaları üz-üzə gəlib.
E qrupunda yer alan komandaların Bakı Olimpiya Stadionunda keçirilən oyununun birinci hissəsində hesab açılmayıb.
Qarşılaşmanın 48-ci dəqiqəsində "Vorskla"nın 10 nömrəli oyunçusu Vladislav Kulaç komandasını hesabda irəli çıxarıb.
Oyun 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qrupda ikinci ev oyununu keçirən "Qarabağ" məğlubiyyətlə kifayətlənməli olub.
Daha əvvəl "Sportinq" (0:2) və"Arsenal"la (0:3) keçirdiyi oyunlarda da komandamız uduzaraq xal qazana bilməyib.