Müslüm Maqomayevin dostları və onu sevənlər Xalq artistinin şərəfli ömür yolundan və bənzərsiz sənətindən söz açıblar.
Qeyd edək ki, M.Maqomayevin sonuncu mahnısı rus şairi Yeseninin sözlərinə yazılmış “Əlvida, Bakı, mən səni daha görməyəcəyəm” kompozisiyası olub. Özünün bəstələdiyi və ifa etdiyi bu əsərlə o, sanki dünyalar qədər sevdiyi şəhərlə əbədi vidalaşırdı. Həmin kompozisiya sənətkarın dəfni zamanı səsləndirilib.