BAKI, 24 oktyabr — Sputnik. Moskvada qeyri-adi körpü salınır. Sputnik AzərbaycanRusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın paytaxtında şüşəli körpü salınacaq. Bu körpü Xovrino və Qərbi Dequninonu birləşdirəcək.
Bu körpünün ümumi uzunluğu 200 metr, hündürlüyü isə yeddi metr olacaq. Körpü üç çıxışdan ibarət olacaq. Onun Zelenogradskaya, Marşal Fedorenko və Xovrino-2 küçələrinə çıxışı olacaq. Körpüyə liftlər və qızdırıcısı olan pilləkənlər quraşdırılacaq. Bu da hava rejiminə körpünü uyğunlaşdıracaq. Körpünü 2019-cu ildə tikməyə başlayacaqlar.