İDMAN

Eskalator faciəsinin günahkarları tapıldı – VİDEO

30-dan çox insanın xəsarət aldığı hadisənin səbəbkarı eskalatorun üstündə oynayan azarkeşlər olub
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. "Roma metrosunda eskalatorda yaranan problemə görə, rusiyalı azərkeşlər günahkardır. Onlar eskalatorda özlərini uyğunsuz şəkildə aparıblar". Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İtaliyanın vitse-prezidenti və eyni zamanda Daxili İşlər naziri Matteo Salvini bildirib.

O, qeyd edib ki, 30-dan çox insanın xəsarət aldığı hadisənin səbəbkarı eskalatorun üstündə oynayan azarkeşlər olub.

Salvinin sözlərini Roma meri Virciniya Raci də dəstəkləyib.

 

Xatırladaq ki, hadisə dünən axşam saatlarında baş verib. Belə ki, eskalatorun sürəti anidən artıb və onun üzərində olan insanlar yıxılmağa başlayıb. Eskalator onların geyimlərini dartıb, dişlərin arasın salıb.

Hadisə zamanı xəsarət alan 19 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 16-nəfəri rusiyalı olub. Yaralananlardan 8 nəfərin xəsarəti ciddi olmadığı üçün xəstəxanadan buraxılıblar. Digərlərinin müalicəsi davam etdirilir. 3 nəfərin vəziyyəti ağırdır.

Xatırladaq ki, ötən gün "Repubblica" stansiyasında eskalatorda problem yaranıb. Azarkeşlər "Roma" və MOİK komandaları arasında Çempionlar Liqasının III tur matçının keçiriləcəyi "Olimpiko" stadionu istiqamətinə gedirmiş.