Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyir ki, ölkəmizdə bu problemin əsas səbəblərindən biri qida sektorunda fəaliyyət göstərən şirkətlərin oturuşmuş olmamasıdır:
“Bunlar uzun müddət bu sahədə fəaliyyət göstərən şirkətlər deyil. Burada söhbət təkcə istehsalçılardan yox, eyni zamanda xidmət sahələrindən gedir. Müəyyən qədər bunlara hazırlıq imkanı vermək olardı. Çünki bizdə bu sahə o qədər də stabil deyil. Ölkəmizdə qida sektorunda olan bir sıra normalara da əməl olunmur. Qida sektorunda kiçik sahibkarların geniş yayılması bir tərəfdən yaxşı olsa da, amma normalara əməl etmək, yüksək standartlar tətbiq etmək baxımından mənfi təsir göstərir. Ona görə də dövlət bu istiqamətdə müəyyən güzəştlər tətbiq edə bilər”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz