BAKI, 20 oktyabr — Sputnik. Rusiyada kəkliklər Airbus A320 təyyarəsinin pərinə girib. Bununla da təyyarə göyə qalxa bilməyib və reys təxirə salınıb. Sputnik AzərbaycanRusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı heç kim xəsarət almayıb. Təyyarə Omskdan Moskvaya uçmalı imiş.
Aviaşirkətdən bildiriblər ki, 6:57-də təyyarənin pərinə iki kəklik daxil olub. Təyyarə göyə qalxmayıb. Təyyarədə 157 sərnişin və 7 heyət üzvü olub. Mütəxəssislər təyyarəni təmir edəcəklər.