İDMAN

"Terminator"u ağır sınaq gözləyir

Taleh Nəcəfzadənin budəfəki rəqibi braziliyalı Patrick Panquekadır
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. Rinqdə “Terminator” ləqəbi ilə tanınan qaydasız döyüş ustası Taleh Nəcəfzadəni daha bir ağır sınaq gözləyir. Belə ki, idmançımız noyabrın 2-də Rusiyanın Çelyabinsk şəhərində keçiriləcək “M-1 chellenge 98” yarışında iştirak edəcək. “Terminator”un budəfəki rəqibi braziliyalı Patrick Panquekadır.

Qarşılaşma haqqında Sputnik Azərbaycan-a açıqlama verən idmançımız bildirib ki, onu ağır sınaq gözləyir: "Rəqibim çox güclüdür. Boyda da məndən hündürdür. Ona görə də, var gücümlə məşq edib yarışa hazırlaşıram. Əlimdən gələni edəcəyəm ki, bu dəfə də rinqdən qalib kimi ayrılım".