Qərargahdan açıqlama: Badamdar sürüşmə zonasındakı çatlar artıb

Bu gün səhər saatlarında Badamdar sürüşmə zonasındakı çatlarda artım qeydə alınıb.
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. Bu gün səhər saatlarında Badamdar sürüşmə zonasındakı çatlarda artım qeydə alınıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah məlumat yayıb.

Qərargahdan bildirilib ki, sürüşmə zonasında saat 9:00-a olan monitorinqlərin nəticəsinə əsasən sahədəki çatlarda artım qeydə alınıb. Sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib.

Qeyd edək ki, Badamdarda 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə ETSN tərəfindən Qərargah yaradılıb.