ABŞ Rusiya sərhədində kəşfiyyata başladı

Təyyarə Rusiya sərhəddinin 52,75 kilometr yaxınlığından keçib
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Boeing RC-135U" təyyarəsi Rusiyanın qərb sərhədləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, onun marşrutunu "Plane Radar" resursu yayımlayıb. "64-14849" qeydiyyat nömrəli təyyarə Litvanın hava məkanında görülüb. Təyyarə, həmçinin Latviya və Estoniya ərazisindən də uçub.

Təyyarə Rusiya sərhəddinin 52,75 kilometr yaxınlığından keçib.