BAKI, 20 oktyabr — Sputnik. Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Boeing RC-135U" təyyarəsi Rusiyanın qərb sərhədləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, onun marşrutunu "Plane Radar" resursu yayımlayıb. "64-14849" qeydiyyat nömrəli təyyarə Litvanın hava məkanında görülüb. Təyyarə, həmçinin Latviya və Estoniya ərazisindən də uçub.
Təyyarə Rusiya sərhəddinin 52,75 kilometr yaxınlığından keçib.