CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Teleqüllə ətrafında iki sürüşmə zonası tapılıb

Qurban Yetirmişli qeyd edib ki, bunun qarşısını almaq üçün işlər görülür
Sputnik

BAKI, 19 oktyabr — Sputnik. "Sürüşmənin baş verməsi, istiqamətinin hansı istiqamətdə inkişaf etməsi və qarşısının alınması üçün addımlar atılacaq".

Azərbaycanda "qaynar nöqtələr" açıqlandı

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən brifinqdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

O, qeyd edib ki, bunun qarşısını almaq üçün işlər görülür: "Əvvəlcə bu ərazidə elmi cəhətdən tədqiqat işləri aparıb bunun səbəbini öyrənmək lazımdır. Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. İlkin məlumata görə, sürüşmə 46 metr dərinlikdədir".

Yetirmişlinin sözlərinə görə, Bakının Səbail rayonunda, "Teleqüllə" ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meylli zona tapılıb və həmin ərazilər nə vaxtsa sürüşəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli

O qeyd edib ki, sürüşmə zonasında tədqiqatlar aparılır və bu proses uzun çəkəcək.

Qurban Yetirmişli əlavə edib ki, ölkədə zəif təkanlar mütəmadi olaraq baş verir: "Zəif təkanları açıqlamırıq. Xəzərdə güclü təkanlar olsaydı, sürüşmə ərazisində dağıntılar baş verərdi".