HADİSƏ

Zığ şossesində uçqun oldu, piyada yolunda təhlükə yarandı — VİDEO

Divarın digər hissəsində qabarmalar müşahidə olunur
Sputnik

BAKI, 18 oktyabr — Sputnik. Bu gün Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən xəbər verilib.

Məlumata görə, uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir.

Xatırladaq ki, artıq bir neçə gündür Badamdar ərazisində də aktiv sürüşmə-uçqun baş verir.