Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 18 oktyabr — Sputnik. Qax sakini dəhşətli hadisənin qurbanı olub.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Qax rayonu Güllük kəndində baş verib.
Belə ki, Güllük kənd sakini, 1997-ci il təvəllüdlü Mirzəyev Elşad Ələkbər oğlu öz həyətlərində qoz ağacından yıxılaraq, ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.
İlkin məlumata görə, 21 yaşlı oğlan qoz yığan zaman budağın qırılması nəticəsində yıxılıb.
Faktla bağlı araşdırma aparılır.