Terror dəhşəti: İŞİD 700 nəfəri girov götürdü

İŞİD Suriyada Avropa ölkələrinin vətəndaşları da daxil olmaqla, 700 nəfəri girov götürüb
Sputnik

BAKI, 18 oktyabr — Sputnik. İŞİD terrorçuları Suriyada 700 nəfəri girov götürüb.

"Report" xəbər verir ki, bu barədə Suriyanın hərbi-diplomatik dairələrindən məlumat yayılıb.

Bildirilir ki, terrorçular Əl-Bəhrə yaşayış məntəqəsindəki qaçqınlar düşərgəsinə hücum ediblər. Onların girov götürdükləri şəxslər arasında Qərbi Avropa ölkələrinin də vətəndaşları var.

İŞİD silahlılarının nəzarəti altında 130-a yaxın ərəb ailəsi Hacindən çıxarılıb.