HADİSƏ

Bakıda sərxoş biznesmen oğlu ilə "ayıq sürücü" arasında şok qalmaqal

"Buta" restoranında əyləndikdən sonra evə gələn oğlan maşınından pulların yoxa çıxdığını görüb
Sputnik

Ramella İbarahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. "Ayıq sürücü" sərxoş avtomobil sahibinin külli miqdarda pulunu oğurlamaqda günahlandırılır. Bu barədə Sputnik Azərbaycan-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Ayıq sürücü avtomobil sahibinin başına elə oyun açdı ki...

Məlum olub ki, cinayətin qurbanı varlı bir biznesmenin oğlu, 1995-ci il təvəllüdlü Sahib Zeynalzadədir. O, Yasamal RPİ-nin 27-ci polis bölməsinə şikayət edərək bildirib ki, oktyabrın 14-də məşhur "Buta" restoranında olub.

Zeynalzadə restorana özünün "Porshe Cayenne" markalı avtomobilində gəlib. İş elə gətirib ki, o, restoranda çoxlu spirtli içki qəbul edib. Elə vəziyyətdə sükan arxasında oturmağın qanunazidd olduğunu bildiyindən, "ayıq sürücü" xidmətindən istifadə etmək qərarına gəlib.

Sifariş etdiyi sürücü Zeynalzadəni evinə gətirib. Sürücü "Porshe Cayenne"-nin sahibini evinə qoyub gedəndən sonra avtomobilin salonundakı pulların yoxa çıxdığı məlum olub.

Zeynalzadə polisə salondakı 4 min 800 manat və 1100 ABŞ dollarının maşından götürüldüyünü bildirib. Polisin verilən məlumata görə, sərxoş sürücünü maşını ilə birlikdə evə gətirən şəxs müəyyən edilib. Hazırda polis şübhəli şəxsin sözügedən qarətdə iştirak edib-etmədiyini araşdırır.

Hələlik faktla bağlı heç kəs saxlanmayıb. Çünki "Ayıq sürücü" xidmətinin əməkdaşının günahı hələ sübuta yetirilməyib. Zeynalzadənin pulları restoranda israf etdiyi də istisna edilmir. İstintaq hazırda itmiş pullara görə günahın kimdə olduğunu ayırd etməyə çalışır: ayıq sürücüdə, yoxsa sərxoş müştəridə…