Türkiyə - Ermənistan sərhədində daha bir insident baş verib

Saxlanılan şəxs Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilib
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistanda Sərhəd İdarəsinin əməkdaşları Türkiyə — Ermənistan sərhədini pozan daha bir şəxsi saxlayıb. Sputnik Ermənistan xəbər verir ki, hadisə oktyabrın 15-də baş verib. 

Ermənistan – Türkiyə sərhədində gərginlik yaşanıb, həbs edilən var

Fakt Gümrü rayonu ərazisində qeydə alınıb. Belə ki, sərhəd pozucusu ərazini müşahidə etdikdən sonra sərhədi keçməyə çalışıb. Lakin bu vaxt rus sərhədçilər onu mühasirəyə salaraq zərərsizləşdiriblər.

Saxlanılan şəxsin Türkiyə vətəndaşı olduğu məlum olub. Sərhəd pozucusu Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, ötən gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda Sərhəd İdarəsinin əməkdaşları Türkiyə — Ermənistan sərhədini pozan İran vətəndaşını da saxlayıb.