VİDEO

Tovuz sakini ata yadigarını göz bəbəyi kimi qoruyur

Tovuz rayon sakini, 60 yaşlı Cümşüd Əhmədov ata yadigarı olan qədim “Moskviç 403” avtomobilini hələ də saxlayır və göz bəbəyi kimi qoruyur.
Sputnik

Cümşüd Əhmədov onun üçün böyük anlamı olan bu maşının tarixçəsini Sputnik Azərbaycan-a danışıb. Dediyinə görə, atası bu avtomobili alanda, o, təxminən, 10-12 yaşlarında olarmış. Atası Cəbrayıl Əhmədov isə 1983-cü ildə vəfat edib.

Həmsöhbətimiz maşın sürməyi də bu avtomobillə öyrənib. 58 ilin avtomobili olmasına baxmayaraq, C. Əhmədov "Moskviç"-lə heç bir qəza keçirməyib. Hər gün üzərində çalışır. Nəvəsi böyüyəndən sonra isə öz ata yadigarını ona həvalə etmək istəyir ki, bu maşının tarixçəsini davam etdirə bilsin.