İDMAN

Əsrin döyüşü baş tuta bilər - Meyvezer Həbibin çağırışını qəbul etdi

"CBS, Showtime и MGM Grand çek kitabçalarınızı hazırlayın. Həbib mənə çağırış etdi".
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. Amerikalı peşəkar boksçu Floyd Meyvezer yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun çağırışına cavab verib. 

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla  xəbər verir ki, Meyvezer özünün "Twitter" səhifəsində bunu yazıb:

"CBS, Showtime и MGM Grand çek kitabçalarınızı hazırlayın. Həbib mənə çağırış etdi".

Qeyd edək ki, dağıstanlı idmançı boks üzrə sabiq çempionuna çağırışında özünə rəqib görmədiyini deyib:

"İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram: 50-0 27-0-a qarşı. Biz heç zaman uduzmamışıq. Niyə də yox? Bu cəngəllikdə yalnız bir kral var — o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum".