Almaniyada naməlum şəxs insanları girov götürüb

Polis və xilasetmə qüvvələri hadisə yerindədir
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. Almaniyanın Köln şəhərinin Breslauerplats meydanında naməlum şəxslər insanları girov götürüb. Sputnik Azərbaycan bu barədə "Gazeta.ru"-ya istinadən xəbər verir.

Meydan şəhərin əsas vağzalının yaxınlığında yerləşir. Hazırda meydandakı insanlar evakuasiya olunub.

"Breslauerplats insanların girov götürülməsi halı qeydə alınıb. Polis və xilasetmə qüvvələri hadisə yerindədir" — deyə Köln polisinin rəsmi "Twitter" səhifəsində bildirilir.

Bəzi mənbələr olay yerində atəş səsləri eşidildiyini bildirsələr də, polis bu məlumatı təsdiq etməyib.